“İran və ABŞ arasında mövcud qarşıdurmada qalib tərəf olmayacaq”.
Army.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə “qalib yoxdur”, lakin hazırda müəyyən qədər sülhün üstünlük təşkil etdiyi görünür. Lukaşenko əlavə edib ki, bu sülh çox kövrəkdir və onu qorumaq, real sabitliyə nail olmaq üçün diqqətlə yanaşmaq lazımdır. Onun fikrincə, prosesin gələcəyi böyük ölçüdə ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılıdır.