Ev Hərbi XəbərlərUkraynanın kamikaze dron istehsal edən müəssisəsi məhv edilib – İDDİA

Ukraynanın kamikaze dron istehsal edən müəssisəsi məhv edilib – İDDİA

by Baş Redaktor
35 Baxış

Rusiyanın Ukraynada həyata keçirdiyi zərbələrlə bağlı yeni iddialar yayılıb.

Army.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə aid “Rubaka” adlı kamikadze dronlarının istehsal olunduğu müəssisəni məhv edib.

İddialara əsasən, Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirilən raket zərbəsi nəticəsində Poltava şəhərində yerləşən yeraltı istehsal obyekti sıradan çıxarılıb.

banner

Həmin obyektin üç böyük sexdən ibarət olduğu və tamamilə dağıdıldığı bildirilir.

Bundan başqa, Poltavadan təxminən 8 kilometr məsafədə yerləşən hərbi hava bazasına da zərbələr endirildiyi iddia olunur.

Məlumata görə, hücumlar nəticəsində Ukrayna Silahlı Qüvvələri-nin 50 hərbçisinin öldüyü iddia edilir.

Qeyd edək ki, bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və tərəflərin rəsmi açıqlamaları ilə dəqiqləşdirilməlidir.

Əlaqəli Yazılar Xüsusi