İran və ABŞ uranın zənginləşdirilməsinə uzunmüddətli moratorium tətbiqi ilə bağlı danışıqlar aparır.
Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilir ki, tərəflər moratoriumun müddəti ilə bağlı fərqli mövqelər irəli sürür. İran bu müddətin 5 il olmasını təklif etdiyi halda, ABŞ 20 illik variantı irəli sürür. Digər mənbələr isə kompromis kimi 15 illik müddətin müzakirə olunduğunu bildirir.
Həmçinin qeyd olunur ki, Vaşinqton mümkün razılaşmaya İranın şərtləri pozacağı təqdirdə moratoriumun avtomatik uzadılmasını nəzərdə tutan maddə daxil etmək istəyir.
