Ev İqtisadiyyatRusiya neftdən rekord qazanc əldə edir – milyardlar axır

Rusiya neftdən rekord qazanc əldə edir – milyardlar axır

by Baş Redaktor
49 Baxış

Rusiya neft ixracını əhəmiyyətli dərəcədə artırıb və göstəricilər Ukrayna müharibəsinin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, artım əsasən Yaxın Şərqdəki müharibə fonunda neft qiymətlərinin yüksəlməsi və bazarda yaranan qıtlıqla bağlıdır. Bundan əlavə, ABŞ tərəfindən sanksiyaların qismən yumşaldılması da ixracın artmasına təsir göstərib.

Statistikaya əsasən, mayın 3-nə qədər olan dörd həftəlik orta ixrac həcmi gündəlik 3,66 milyon barrelə çatıb. Həftəlik gəlir 2,42 milyard dollar, son həftədə isə təxminən 2,57 milyard dollar olub.

banner

Əsas alıcılar arasında Hindistan ön plandadır – bu ölkəyə ixrac gündəlik 1,5 milyon barrel təşkil edib. Ümumilikdə Asiya istiqamətində tədarük həcmi gündəlik 3,4 milyon barrelə yüksəlib.

Əlaqəli Yazılar Xüsusi