Müharibədən sonra İran daha güclü və daha təsirli bir ölkəyə çevrilib.
Army.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Onun sözlərinə görə, Çindəki tərəfdaşlar da İranın müharibədən əvvəlki vəziyyətdən fərqli olaraq daha möhkəm beynəlxalq mövqeyə sahib olduğunu qəbul edirlər.
Əraqçi qeyd edib ki, bu dəyişiklik ölkənin regional və beynəlxalq statusunu gücləndirib və gələcəkdə İranla digər dövlətlər arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq.
Nazir əlavə edib ki, görüşlərdə müharibənin nəticələri, onun dayandırılması yolları, İranın sülh məqsədli nüvə proqramı, sanksiyalar, ikitərəfli münasibətlər və Hörmüz boğazı ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub.
