Ev Dünya“Politico” – Trampın mövqeyi danışıqları dalana sala bilər

“Politico” – Trampın mövqeyi danışıqları dalana sala bilər

by Baş Redaktor
27 Baxış

ABŞ Prezidenti Donald Trampın İran hakimiyyəti ilə bağlı sərt bəyanatları həm ABŞ, həm də ərəb rəsmiləri arasında narahatlıq yaradır. Onlar hesab edirlər ki, bu cür açıqlamalar Tehranla aparılan danışıqları daha da mürəkkəbləşdirə bilər.

Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, yekun razılaşmanın əldə olunması üçün İrana müəyyən siyasi manevr imkanının saxlanılması vacib sayılır:

“Tehran Vaşinqtonun şərtlərini qəbul etsə belə, bunu daxili auditoriyaya məğlubiyyət kimi yox, məqbul nəticə kimi təqdim edə bilməlidir.

banner

Danışıqlar prosesindən məlumatlı yüksək rütbəli rəsmilərdən biri bildirib ki, Tramp münaqişənin başa çatdırılmasında maraqlıdır. Lakin onun sözlərinə görə, İran tərəfi hələ ABŞ prezidentinə siyasi üstünlük qazandıracaq şərtlərlə razılaşmağa hazır görünmür.

Eyni zamanda vurğulanıb ki, Vaşinqton Tehranın öz siyasi nüfuzunu qorumaq istəyini də nəzərə almağa məcburdur”.

Əlaqəli Yazılar Xüsusi