Rusiya ordusu Ukraynada nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, vurulan obyektlər Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunurdu.
Müdafiə Nazirliyinin açıqlamasına görə, zərbələr həmçinin təyyarə tipli pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, Ukrayna hərbçilərinin və xarici muzdluların müvəqqəti yerləşdiyi məkanlara da endirilib.
Məlumata əsasən, mayın 6-dan 7-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkə ərazəsi üzərində yüzlərlə Ukrayna dronunu məhv edib.
Nazirlik ümumilikdə 347 pilotsuz uçuş aparatının vurulduğunu və 21 Rusiya bölgəsinin hücuma məruz qaldığını açıqlayıb.
