Ev Hərbi XəbərlərUkrayna: “Rusiya İran istehsalı dronlarla kütləvi hücumlar həyata keçirib”

Ukrayna: “Rusiya İran istehsalı dronlarla kütləvi hücumlar həyata keçirib”

by Baş Redaktor
41 Baxış

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri aprel ayında Rusiyanın həyata keçirdiyi hücumlar zamanı 6 mindən çox dron və raketi vurduğunu və ya sıradan çıxardığını açıqlayıb

Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya son bir ay ərzində Ukraynaya qarşı: 6583 İran istehsalı “Shahed-136” dronu atıb, onların 5861-i (89%) vurulub; 141 qanadlı və ballistik raket istifadə edib, onların 89-u (63%-dən çox) məhv edilib.

Ukrayna HHM sistemlərinin aprel ayı üzrə ümumi effektivliyi 88,5% olub. Ən böyük dron hücumu aprelin 1-də, Rusiyanın 700 PUA buraxdığı gün qeydə alınıb. (Ukrayna Müdafiə Nazirliyi)

banner

Əlaqəli Yazılar Xüsusi