Ev DünyaNetanyahu İranla bağlı xəbərdarlıq etdi: “Razılaşma olmazsa…”

Netanyahu İranla bağlı xəbərdarlıq etdi: “Razılaşma olmazsa…”

by Baş Redaktor
25 Baxış

İsrail İranla əldə oluna biləcək hər hansı razılaşmanın yalnız ciddi məhdudiyyətlər çərçivəsində mümkün olduğunu bəyan edib.

Army.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilir ki, Təl-Əviv Tehranın uranı zənginləşdirmə fəaliyyətinin tam dayandırılmasını, ballistik raket imkanlarının sərhədləndirilməsini və regiondakı silahlı qruplara verilən dəstəyin kəsilməsini əsas şərt kimi irəli sürür.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail bu məsələdə ABŞ administrasiyası ilə sıx əməkdaşlıq şəraitində addımlar atır.

banner

Onun sözlərinə görə, əsas prioritet İranın əlindəki zənginləşdirilmiş materialların ölkədən çıxarılması və nüvə zənginləşdirmə imkanlarının tam aradan qaldırılmasıdır.

ABŞ Prezidenti Donald Tramp isə İranla anlaşmanın mümkün variant olduğunu söyləsə də, danışıqlar nəticə verməyəcəyi halda Vaşinqtonun daha sərt addımlar ata biləcəyinə işarə edib.

İsrailli analitiklər hesab edir ki, zəif şərtlərlə bağlanacaq bir saziş Tehrana iqtisadi təzyiqdən qurtulmaq və bölgədəki təsir imkanlarını yenidən genişləndirmək şansı yarada bilər.

Əlaqəli Yazılar Xüsusi