Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmək məqsədilə Kiyev şəhərinə səfər edib.
Army.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat verib.
Nazir bildirib ki, Berlin Kiyevlə birlikdə müasir silah texnologiyalarının hazırlanmasına üstünlük verəcək.
Onun sözlərinə görə, yeni layihələr çərçivəsində əsas istiqamətlərdən biri uzaqmənzilli pilotsuz uçuş aparatları olacaq.Pistorius əlavə edib ki, Almaniya Ukrayna ilə yaradılmış birgə müdafiə müəssisələrinin inkişafını davam etdirmək niyyətindədir.
“Ukraynanın cəbhədə qazandığı təcrübə bizim üçün vacibdir. Eyni zamanda, “Brave One” platformasında innovativ layihələr təqdim edə biləcək inkişaf etdiricilərə dəstək göstərməyi düşünürük”, – deyə nazir vurğulayıb.
