12
Yaxın Şərqdə artan hərbi qarşıdurma şəraitində İsrail ordusu Livanın cənubunda yerləşən doqquz kənd və qəsəbənin sakinlərinə ərazini tərk etmələri ilə bağlı çağırış edib.
Army.az xəbər verir ki, bununla bağlı açıqlama İsrail Müdafiə Qüvvələri tərəfindən verilib.
Livan KİV-ləri isə İsrail hərbçilərinin Yəhmər əş-Şəqif və Kafr Benit yaşayış məntəqələrinə zərbələr endirdiyini bildirib.