Ev DünyaRutte: Tramp NATO-nun güclənməsinə təsir edir

Rutte: Tramp NATO-nun güclənməsinə təsir edir

by Baş Redaktor
10 Baxış

NATO-nun Baş katibi Mark Rutte Şimali Atlantika Alyansının gələcəyi ilə bağlı müsbət düşüncələrini bölüşüb.

Army.az-ın məlumatına görə, o bildirib ki, alyansın gələcək perspektivləri barədə olduqca nikbin mövqedədir.

Rutte bu optimizmin əsas səbəblərindən biri kimi ABŞ Prezidenti Donald Trampın fəaliyyətini göstərib.NATO rəhbərinin sözlərinə görə, Trampın yanaşması və üzv ölkələr qarşısında irəli sürdüyü tələblər alyansın daha da güclənməsinə təkan verir.

“Mən Prezident Trampa görə NATO-nun gələcəyi ilə bağlı son dərəcə nikbinəm”, – deyə Rutte vurğulayıb.

banner

O əlavə edib ki, alyans daxilində müdafiə və təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmanın formalaşması NATO-nun imkanlarını artırır.

Əlaqəli Yazılar Xüsusi