Ev Hərbi XəbərlərABŞ-ın “Qızıl Günbəz” layihəsi rekord məbləğə başa gələcək

ABŞ-ın “Qızıl Günbəz” layihəsi rekord məbləğə başa gələcək

by Baş Redaktor
13 Baxış

ABŞ-da yaradılması nəzərdə tutulan “Qızıl Günbəz” adlı yeni raketdən müdafiə sisteminin qurulması, yerləşdirilməsi və uzunmüddətli fəaliyyəti üçün təxminən 1,2 trilyon dollar vəsait tələb oluna bilər.

Sənəddə vurğulanır ki, layihənin növbəti 20 il ərzində inkişaf etdirilməsi və işlək vəziyyətdə saxlanılması üçün əsas maliyyə yükü silah və müdafiə avadanlıqlarının alınmasına yönələcək.

Army.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin hazırladığı hesabatda qeyd edilib.

Bu məqsədlə ümumilikdə 1,03 trilyon dollar xərclənməsi proqnozlaşdırılır.Hesabatda ən böyük xərc payının orbitdə yerləşdirilməsi planlaşdırılan raketdən müdafiə sistemlərinin üzərinə düşdüyü bildirilir.

banner

Qeyd olunur ki, həmin kosmik komponentlər ümumi silah tədarükü xərclərinin təxminən 70 faizini təşkil edəcək.

Əlaqəli Yazılar Xüsusi