Google və SpaceX orbital məlumat mərkəzlərinin yaradılması ilə bağlı müqaviləni müzakirə edir.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, layihə kosmosda günəş enerjisindən istifadə hesabına yerüstü ərazi və enerji məhdudiyyətlərini aşmağa imkan verəcək.
Bildirilir ki, “Project Suncatcher” təşəbbüsü çərçivəsində Google ilk modulların sınaqlarını 2027-ci ilə qədər həyata keçirməyi planlaşdırır.
Elon Musk bu texnologiyanı SpaceX üçün “yeni sərhəd” adlandırıb.
Qeyd olunur ki, tərəflər arasında əməkdaşlıq olsa da, Google digər operatorlarla da müqavilə imkanlarını nəzərdən keçirir. Şirkətin SpaceX səhmlərinin 6,1 faizinə sahib olduğu bildirilir.
