Ukrayna dron operatorları NATO təlimləri zamanı İsveç bölmələrini “şərti olaraq məhv edib”.
Army.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Prosesə İsveç, ABŞ və Ukrayna hərbçiləri qatılıb.
Ssenariyə əsasən, İsveç ordusu mümkün Rusiya hücumunu dəf etməyə çalışıb, Ukrayna operatorları isə şərti düşmən rolunu oynayıb.
Bildirilir ki, onlar bu rolu o qədər effektiv yerinə yetiriblər ki, İsveç tərəfi təlimləri üç dəfə dayandıraraq taktikasını dəyişmək məcburiyyətində qalıb.
Məlumata görə, iştirakçılar etiraf ediblər ki, real döyüş şəraitində onların bölmələri artıq məhv edilmiş ola bilərdi.
