Ev Hərbi XəbərlərElektron müharibədə yenilik: radiolar pilotsuz aparatları bloklayacaq

Elektron müharibədə yenilik: radiolar pilotsuz aparatları bloklayacaq

by Baş Redaktor
17 Baxış

Ukraynadakı döyüşlərdə kiçik pilotsuz aparatların hər iki tərəfə ciddi itkilər verməsi fonunda ABŞ-ın müdafiə elektronikası istehsalçısı “L3Harris” texnologiyası yeni həll üzərində işləyib.

Army.az xəbər verir ki, şirkət geniş istifadə olunan “Falcon IV” əl radiolarını yenidən proqramlaşdıraraq onları əsgərlər üçün fərdi elektron müharibə müdafiə sistemi kimi istifadə etməyi planlaşdırır.

“Wraith Shield” adlandırılan bu imkan üçün əlavə avadanlıq tələb olunmur. Şirkətin açıqlamasına görə, yalnız mövcud “Wraith” rabitə dalğa formasının proqram yenilənməsi kifayətdir. Bu texnologiya hazırda dünya üzrə istifadədə olan 100 mindən çox “Falcon IV” radiosu ilə uyğun işləyir.

Məlumata görə, nisbətən aşağı məbləğə başa gələn proqram yenilənməsi ilə əsgərlərin artıq istifadə etdiyi radiolar pilotsuz uçuş aparatlarına qarşı “qoruyucu elektron köpük” yarada biləcək:

banner

“Sistem istifadəyə tam hazırdır, lakin beynəlxalq satışlar üçün ABŞ hökumətinin ixrac icazəsi hələ gözlənilir. Sifariş verilməsə də, həm ABŞ daxilində, həm də xaricdə texnologiyaya böyük maraq var. Bir neçə potensial müştəri yaxın vaxtlarda sistemi almağa hazırdır”.

Əlaqəli Yazılar Xüsusi