18
Londonun ICE birjasında “Brent” markalı xam neft üzrə fyuçers müqavilələrinin qiyməti barel üçün 105.90 dollara çatıb.
Army.az xəbər verir ki, “Brent” markalı neftin dəyərində 0.25 faiz artım müşahidə olunub.
ABŞ-ın WTI markalı xam neft fyuçersləri də bahalaşıb. Belə ki, bu markanın qiyməti 0.38 faiz yüksələrək bir barel üçün 101.40 dollar təşkil edib.