ABŞ dövlət katibi Marko Rubio NATO ilə bağlı açıqlamasında alyansa dəstəyinin əsas səbəblərindən birinin Avropada yerləşən hərbi bazalara çıxış imkanı olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, bu bazalar ABŞ-ın xüsusilə Yaxın Şərq kimi bölgələrdə zərurət yarandıqda istifadə edə biləcəyi strateji imkanlar yaradır.
Rubio qeyd edib ki, əgər NATO üzvləri bu bazalardan istifadəyə icazə vermirsə, o zaman alyansın mahiyyəti və funksiyası sual altına düşür.
