Ev Hərbi Xəbərlər4000 əsgərlik plan ləğv edildi: ABŞ-dən gözlənilməz qərar

4000 əsgərlik plan ləğv edildi: ABŞ-dən gözlənilməz qərar

by Baş Redaktor
28 Baxış

ABŞ ordusu Polşaya planlaşdırılan 2-ci zirehli briqada döyüş qrupunun yerləşdirilməsini qəfil şəkildə dayandırıb.

Army.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Bildirilir ki, söhbət “1st Cavalry Division” tərkibinə daxil olan və 4000-dən çox hərbçidən ibarət qüvvədən gedir.

Rəsmi qurumlar qərarla bağlı açıq izahat verməyiblər. Lakin bəzi mənbələr bu addımın ABŞ ordusunda hazırkı əməliyyatlar və yerləşdirmələrlə bağlı büdcə çatışmazlığı ilə əlaqəli ola biləcəyini bildirir.

banner

Briqada artıq hazırlıq mərhələsinə keçmiş, şəxsi heyətin və texnikanın bir hissəsi isə hərəkətə başlamışdı.

Əlaqəli Yazılar Xüsusi