“Tehran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb”.
Army.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Hörmüz boğazında hazırda ABŞ-ın təcavüzündən və tətbiq etdiyi blokadadan ən çox problem var. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, – deyə, Əraqçı bildirib.
İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib:
“Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”.
