42
“İsrailin məqsədi müxtəlif sahələrdə qlobal səviyyədə daha güclü dövlətə çevrilməkdir”.
Army.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, çıxışı zamanı qeyd edib ki, bəzi fikirlərə görə İsrail artıq “kiçik ölçülü super güc” kimi qiymətləndirilir, lakin ölkənin hədəfi daha genişdir.
Netanyahunun sözlərinə görə, İsrail bütün strateji, iqtisadi və texnoloji sahələrdə “böyük dünya gücü” statusuna yüksəlməyi qarşısına məqsəd qoyub.
