Ev Hərbi XəbərlərKrım və Donbasda “hava qalxanı” çökür: Ukrayna ardıcıl zərbələr endirdi

Krım və Donbasda “hava qalxanı” çökür: Ukrayna ardıcıl zərbələr endirdi

by Baş Redaktor
32 Baxış

Krım və Donbas istiqamətində bir sıra Rusiya hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

Army.az xəbər verir ki bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər komandiri Robert Brovdi məlumat verib.

Bildirilir ki, Luqansk vilayətinin Qançarovo bölgəsində “Tor-M2” tipli zenit-raket kompleksi, Krımda isə “Pantsir-S1” sistemi məhv edilib.

Eyni zamanda, iddialara əsasən, Krasnodar diyarının Yeysk şəhərində amfibiya tipli Be-200 təyyarəsi və Ka-27 helikopteri, həmçinin Berdiansk limanında silah-sursat daşıyan yük gəmisi zərbələrə məruz qalıb.

banner

Bundan başqa, Luqansk yaxınlığında yerləşən hərbi təlim mərkəzi və Rusiya ordusunun müvəqqəti yerləşmə məntəqəsinin də hədəf alındığı bildirilir.

Ukrayna tərəfi iddia edir ki, son dövrlərdə xüsusilə hava hücumundan müdafiə sistemlərinə qarşı zərbələrin sayı artıb və bu, işğal olunmuş ərazilərdə Rusiya müdafiə şəbəkəsinə təzyiqi gücləndirir.

Əlaqəli Yazılar Xüsusi