Ev Dünyaİran rəsmisi: “Bu təmkin əbədi olmayacaq”

İran rəsmisi: “Bu təmkin əbədi olmayacaq”

by Baş Redaktor
40 Baxış

İranın ali rəhbəri Ayətullah Müctəba Xameneinin müşaviri Məhəmməd Möxbər bölgədə yaşanan son hadisələrlə bağlı sərt açıqlama verib.

Army.az xəbər verir ki, o, bəzi Körfəz ölkələrini ərazilərini İran əleyhinə fəaliyyət göstərən qüvvələrin istifadəsinə verməkdə ittiham edib.

Möxbər sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, Tehran uzun illər həmin dövlətləri dost və qardaş ölkələr kimi qəbul edib.

Onun sözlərinə görə, bəzi regional ölkələr öz müstəqilliklərini təhlükə altına ataraq Fələstin və İrana qarşı olan qüvvələrə dəstək veriblər.

banner

İran rəsmisi həmçinin qeyd edib ki, son müharibə zamanı ABŞ Mərkəzi Komandanlığının istifadə etdiyi bazalara qarşı Tehranın cavabı tam miqyaslı olmayıb.

Möxbər vurğulayıb ki, İranın indiyədək nümayiş etdirdiyi təmkin sonsuza qədər davam etməyəcək.

Əlaqəli Yazılar Xüsusi