Ev Hərbi Xəbərlər“The Times”: Britaniya ordusunda ciddi maliyyə problemi var

“The Times”: Britaniya ordusunda ciddi maliyyə problemi var

by Baş Redaktor
18 Baxış

Böyük Britaniyanın müdafiə sahəsində maliyyə problemləri səbəbindən ordunun imkanlarını sürətlə yeniləməkdə çətinlik yaşadığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin keçmiş yüksək rütbəli komandirlərindən biri, general Ser Riçard Barrons “The Times” nəşrinə müsahibəsində danışıb.

Barronsun sözlərinə görə, London hökuməti kamikadze dronlar, “gəzən sursat” sistemləri və süni intellekt əsaslı hərbi texnologiyaların alınmasına kifayət qədər vəsait ayırmır.

O bildirib ki, müdafiə sahəsinə investisiyanın az olması həm sənaye imkanlarını zəiflədir, həm də yüksək texnologiya şirkətlərinin fəaliyyətlərini başqa ölkələrə yönləndirməsinə səbəb olur.

banner

General qeyd edib ki, Britaniya ordusu hazırda tanklar, helikopterlər və artilleriya kimi ənənəvi silah sistemlərinin saxlanması xərclərini belə çətinliklə qarşılayır.

Barrons əlavə edib ki, mövcud vəziyyət Baş Qərargah rəisi general Ser Roli Uolkerin irəli sürdüyü “20-40-40” müdafiə strategiyası ilə uyğun gəlmir.

Əlaqəli Yazılar Xüsusi