Ev DünyaStarmerin istefası gündəmdə: yaxın çevrəsinə qərarını açıqlayıb

Starmerin istefası gündəmdə: yaxın çevrəsinə qərarını açıqlayıb

by Baş Redaktor
34 Baxış

Böyük Britaniyada Baş nazir Kir Starmerin yaxın vaxtlarda vəzifəsini könüllü şəkildə tərk edə biləcəyi barədə iddialar yayılıb.

Army.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzetinin köşə yazarı Den Hodjes hökumət daxilindəki mənbələrə istinadən məlumat verib.

İddialara əsasən, Starmer yaxın ətrafı ilə söhbətlərində baş nazir postundan ayrılmaq niyyətini gizlətməyib.

Nəşrin yazdığına görə, o, yaxın dostlarına vəzifədən getmək barədə düşündüyünü bildirib.

banner

Adı açıqlanmayan kabinet üzvü isə qeyd edib ki, Starmer mövcud siyasi mənzərəni düzgün qiymətləndirir və postunu nüfuzunu qoruyaraq tərk etmək istəyir.

Əlaqəli Yazılar Xüsusi