Ev Hərbi XəbərlərABŞ-dan rekord hərbi layihə: 124 milyard dollarlıq sualtı proqramı hazırlanır

ABŞ-dan rekord hərbi layihə: 124 milyard dollarlıq sualtı proqramı hazırlanır

by Baş Redaktor
24 Baxış

ABŞ atom sualtı qayıqlarının istehsal tempini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Vaşinqton hər il ən azı bir “Columbia” sinifli strateji raketdaşıyıcı və iki “Virginia” sinifli çoxməqsədli atom sualtı qayığı istehsal etməyi hədəfləyir.

Sənədlərdə qeyd olunur ki, yaxın illərdə bu proqram üçün ümumilikdə 124,9 milyard dollar vəsait ayrılması nəzərdə tutulur.

banner

Məbləğin 62 milyard dolları beş ədəd “Columbia” sinifli raketdaşıyıcının tikintisinə, qalan hissəsi isə on “Virginia” sinifli sualtı qayığın istehsalına yönəldiləcək.

Son on ildə ABŞ gəmiqayırma zavodlarında ildə orta hesabla 1,4 hücum tipli atom sualtı qayığı istehsal olunub.

İstehsal tempinin aşağı olması səbəbindən Hərbi Dəniz Qüvvələri “Virginia” layihəli sualtı qayıqların təhvil verilməsində 2-3 illik gecikmələrin yarandığını da etiraf edib.

Əlaqəli Yazılar Xüsusi