Ev Hərbi XəbərlərAvstriya hava məkanında gərgin anlar – ABŞ təyyarələri üçün qırıcılar qaldırıldı

Avstriya hava məkanında gərgin anlar – ABŞ təyyarələri üçün qırıcılar qaldırıldı

by Baş Redaktor
20 Baxış

Avstriyanın “Eurofighter Typhoon” qırıcıları iki gün ardıcıl olaraq ABŞ-a məxsus hərbi təyyarələri müşahidə etmək üçün havaya qaldırılıb.

Army.az-ın məlumatına görə, rəsmi məlumatda bildirilir ki, hadisə mayın 10-u və 11-də baş verib.

Söhbət əsasən siqnal kəşfiyyatı və müşahidə əməliyyatlarında istifadə olunan modifikasiya edilmiş PC-12 turbovintli təyyarələrdən gedir. ABŞ ordusunda bu platforma U-28 adı ilə tanınır.

Almandilli mediada yayılan ilkin məlumatların əksinə olaraq, ABŞ təyyarələrinin Avstriyanın hava məkanını qanunsuz şəkildə pozmadığı qeyd olunur.

banner

Avstriya ordusunun sözçüsü Maykıl Bauer bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri mayın 10-u üçün iki təyyarəyə hava məkanından keçid icazəsi alsa da, həmin icazədən istifadə etməyib.

Bunun əvəzində, daha sonra əvvəlcədən xəbərdarlıq edilmədən iki başqa ABŞ HHQ təyyarəsi Avstriya sərhədinə yaxınlaşıb. Bundan sonra Avstriya qırıcıları havaya qaldırılsa da, Amerika təyyarələri sərhədi keçmədən geri dönüb.

Məlumata görə, ABŞ növbəti gün üçün yenidən uçuş icazəsi alıb və bu dəfə ondan istifadə edib. Avstriya Hərbi Hava Qüvvələri isə hava məkanından keçən təyyarələrin təsdiqlənmiş uçuş məlumatlarına uyğun olub-olmadığını yoxlamaq üçün yenidən qırıcılarını göndərib.

Əlaqəli Yazılar Xüsusi