Ev Hərbi XəbərlərPentaqon dron təhlükəsinə qarşı yeni üsula keçir- ilginc taktika işə düşür

Pentaqon dron təhlükəsinə qarşı yeni üsula keçir- ilginc taktika işə düşür

by Baş Redaktor
21 Baxış

ABŞ hərbçiləri patrul əməliyyatları zamanı pilotsuz uçuş aparatlarını onların çıxardığı fərqli səslərə görə tanımaq üçün xüsusi hazırlıq keçir. Bu yanaşma Ukrayna müharibəsində əldə olunan təcrübəyə əsaslanır.

Army.az xəbər verir ki, may ayının ilk iki həftəsində Litvada təşkil olunan ABŞ rəhbərliyindəki “Project FlyTrap 5.0” təlimlərində hava təhdidlərinin həm vizual, həm də səs vasitəsilə müəyyənləşdirilməsi əsas mövzulardan biri olub.

ABŞ ordusu tərkibində xidmət edən serjant Tyler Harrinqton bildirib ki, artıq hərbçilər yalnız ətrafı deyil, səmanı da daim izləməlidir.

Onun sözlərinə görə, müxtəlif dronların səsi fərqli olur və bu, onların növünü müəyyən etməyə imkan verir:

banner

“Kamikadze tipli dronlar daha yüksək və sürətli vızıltı yaradır. Kəşfiyyat məqsədli aparatların səsi isə daha sabit və sakit olur”, – deyə Harrinqton vurğulayıb.

Təlimlər əsasən ucuz pilotsuz sistemlərin aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsi üzərində qurulub. ABŞ ordusunda bu istiqamətdə ayrıca rəsmi proqram hələ tətbiq edilməsə də, “Project FlyTrap” çərçivəsində əldə olunan təcrübənin gələcək hazırlıqlara daxil edilə biləcəyi qeyd olunur.

2025-ci ilin mayında Ukraynanın “New Voice of Ukraine” nəşri də ölkə hərbçilərinin Rusiya istehsalı olan “Şahed” dronlarını səsinə görə müəyyən edə bildiyini yazmışdı.

Əlaqəli Yazılar Xüsusi