Ev Hərbi XəbərlərABŞ Yaxın Şərq əməliyyatında onlarla təyyarə və dron itirib

ABŞ Yaxın Şərq əməliyyatında onlarla təyyarə və dron itirib

by Baş Redaktor
32 Baxış

“Epik Qəzəb” adlı əməliyyat Yaxın Şərqdə ABŞ üçün gözlənildiyindən daha ağır nəticələrə səbəb olub.

Army.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.

ABŞ Konqresinin Tədqiqat Xidmətinə istinadən yaydığı hesabatda bildirilir ki, əməliyyat zamanı ABŞ ümumilikdə 42 hava vasitəsini — təyyarə və pilotsuz uçuş aparatlarını itirib və ya zədələyib.

İtkilər arasında beş qırıcı təyyarə (o cümlədən F-35 Lightning II), bir A-10 Thunderbolt II hücum təyyarəsi, yeddi yanacaq doldurma təyyarəsi və 25 dəyərli kəşfiyyat-zərbə dronu yer alır.

banner

Hesabatda qeyd olunur ki, texnikanın bir hissəsi düşmən atəşi deyil, “dost atəşi” və texniki nasazlıqlar nəticəsində sıradan çıxıb.

Əməliyyatın ümumi dəyərinin artıq 29 milyard dollar səviyyəsinə çatdığı bildirilir.

Əlaqəli Yazılar Xüsusi