Ev Hərbi Xəbərlərİsraildən qorxunc proqnoz: İranla müharibələr davam edə bilər

İsraildən qorxunc proqnoz: İranla müharibələr davam edə bilər

by Baş Redaktor
22 Baxış

İsrail mediasında İranla münasibətlərə dair diqqətçəkən iddia səsləndirilib.

Army.az xəbər verir ki, “Ynet” nəşrinin məlumatına görə, yüksək vəzifəli israilli rəsmilərdən biri Tehranla mümkün yeni qarşıdurmaların istisna edilmədiyini bildirib.

Adı açıqlanmayan mənbə qeyd edib ki, İslam Respublikası mövcud siyasi kursunu davam etdirdiyi müddətdə İranla baş verən son qarşıdurmanın yekun müharibə kimi qiymətləndirilməsi düzgün olmazdı.

Rəsmisinin sözlərinə görə, İsrail cəmiyyətində gözləntilər daha realist səviyyəyə endirilməli və gələcəkdə müəyyən fasilələrlə yeni hərbi gərginliklərin yaşana biləcəyi nəzərə alınmalıdır.

banner

Mənbə həmçinin vurğulayıb ki, İranın nüvə proqramı və ballistik raket potensialı İsrail üçün əsas təhlükələrdən biri olaraq qalır. Bu səbəbdən də Tel-Əvivin Tehranla qarşıdurmalarının davam etməsi ehtimalı yüksək qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi