Ev DünyaTehran Vaşinqtonla danışıqlarda möhlət tələb edib

Tehran Vaşinqtonla danışıqlarda möhlət tələb edib

by Baş Redaktor
13 Baxış

İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində ABŞ-ın irəli sürdüyü şərtləri daha ətraflı qiymətləndirmək üçün əlavə vaxt istəyib.

Army.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Pakistan vasitəsilə irəli sürülən müraciətdə Tehran tərəfinin Vaşinqtonun təkliflərini araşdırmaq və mövqeyini dəqiqləşdirmək üçün möhlət istədiyi bildirilir.

Qeyd olunur ki, İranın zənginləşdirilmiş uran ehtiyatları məsələsi Tehran və Vaşinqton arasında aparılan dolayı danışıqlarda əsas mübahisə nöqtəsi olaraq qalır və prosesin irəliləməsinə mane olan əsas amillərdən biri hesab edilir.

banner

Əlaqəli Yazılar Xüsusi