Ev Hərbi Xəbərlərİsrail kəşfiyyatından xəbərdarlıq: İran qəfil hücuma hazırlaşır

İsrail kəşfiyyatından xəbərdarlıq: İran qəfil hücuma hazırlaşır

by Baş Redaktor
27 Baxış

İran yaxın vaxtlarda İsrail və Körfəz ölkələrinə qarşı qəfil raket və pilotsuz uçuş aparatları hücumu təşkil edə bilər.

Army.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Məlumata görə, bu ehtimal İsrailin müdafiə naziri və yüksək rütbəli hərbi komandirlərin keçirdiyi təhlükəsizlik qiymətləndirmələrindən sonra gündəmə gəlib.

Təhlükəsizlik rəsmilərinin fikrincə, Tehran ABŞ və İsrail diplomatik variantların tam tükəndiyi qənaətinə gəlməmişdən əvvəl hərəkətə keçərək gözlənilməz zərbə endirməyə cəhd göstərə bilər.

banner

Məqalədə qeyd olunur ki, mümkün hücumun “Epik qəzəb” və “Qüdrətli şirlər” əməliyyatlarının başlanğıc mərhələsinə bənzər taktika ilə həyata keçirilə biləcəyi ehtimal edilir.

Nəşrin yazdığına görə, İsrail ordusunun Hərbi Hava Qüvvələri və əməliyyat idarəsi, general-mayor Hiday Zilbermanın rəhbərliyi altında amerikalı tərəfdaşlarla bir sıra məsləhətləşmələr aparıb. Görüşlərdə İranın qeyri-adi hərbi aktivliyi ilə bağlı kəşfiyyat məlumatlarının paylaşılması da müzakirə olunub.

Bundan başqa, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ümumi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi çərçivəsində hərbi komandirlərlə xüsusi müşavirələr keçirib. Bildirilir ki, müzakirələr həm müdafiə, həm də mümkün hücum ssenarilərini əhatə edib.

Əlaqəli Yazılar Xüsusi