Ev DünyaRubio: İranla danışıqlarda məhdud irəliləyiş var

Rubio: İranla danışıqlarda məhdud irəliləyiş var

by Baş Redaktor
34 Baxış

ABŞ Dövlət Katibi Marko Rubio NATO iclası çərçivəsində İranla aparılan danışıqlarla bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

O bildirib ki, Vaşinqton hazırda İran ilə davam edən dialoqun nəticələrini gözləyir. Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əlamətləri müşahidə olunsa da, proses məhdud xarakter daşıyır.

Marko Rubio qeyd edib ki, “hərəkətlilik var, lakin əsas prinsiplər dəyişməyib” və vəziyyəti şişirtməmək lazımdır.

banner

ABŞ rəsmisi bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün uranın zənginləşdirilməsi, yüksək zənginləşdirilmiş uran məsələsi və Hörmüz boğazı ilə bağlı risklər diqqət mərkəzində saxlanılmalıdır.

Əlaqəli Yazılar Xüsusi