Ev Hərbi XəbərlərVaşinqton–Tehran sazişi yaxınlaşır: şərtlər siyahısı yayıldı

Vaşinqton–Tehran sazişi yaxınlaşır: şərtlər siyahısı yayıldı

by Baş Redaktor
34 Baxış

Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair mümkün razılaşmanın yekun layihəsi yaxın saatlarda elan oluna bilər.

Army.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

Telekanalın iddiasına əsasən, əldə edilən sənəddə əsas şərtlər aşağıdakı kimi müəyyən edilib:

Tərəflər arasında bütün cəbhələrdə – quru, dəniz və hava məkanında – dərhal, tam və şərtsiz atəşkəsin elan edilməsi;
Hərbi, mülki və iqtisadi infrastruktura zərbələrin dayandırılması;
Hərbi əməliyyatların və informasiya müharibəsinin dayandırılması;
Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə riayət olunması;
Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi;
Öhdəliklərin icrasına nəzarət üçün birgə mexanizmin yaradılması;
İranın şərtlərə əməl etməsi qarşılığında ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması;
Razılaşmanın hər iki tərəf tərəfindən rəsmən elan edildikdən dərhal sonra qüvvəyə minməsi.

banner

Məlumatda qeyd olunur ki, sənədin beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi