Ev DünyaTramp: Vaşinqtonda gələcək prezidentlər üçün ən təhlükəsiz məkan yaradılmalıdır

Tramp: Vaşinqtonda gələcək prezidentlər üçün ən təhlükəsiz məkan yaradılmalıdır

by Baş Redaktor
23 Baxış

ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş vermiş silahlı hadisədən sonra ölkə rəhbərlərinin təhlükəsizliyi ilə bağlı yeni yanaşmanın vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşdığı açıqlamada bildirib.

Onun sözlərinə görə, bu hadisə gələcək prezidentlər üçün Vaşinqton ərazisində xüsusi mühafizə olunan və maksimum təhlükəsizlik standartlarına cavab verən məkanın yaradılmasının əhəmiyyətini bir daha ortaya qoyub.

Trampın sözlərinə görə, belə bir addım ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından zəruri hesab edilməlidir.

banner

ABŞ lideri eyni zamanda silahlı şəxsin zərərsizləşdirildiyini təsdiqləyib, onu zorakılığa meyilli biri kimi xarakterizə edib və həmin şəxsin ölkənin ən önəmli obyektlərindən birinə xüsusi maraq göstərdiyini iddia edib. Tramp hadisəyə operativ müdaxilə edən Məxfi Xidmət əməkdaşlarına və hüquq-mühafizə orqanlarına təşəkkürünü ifadə edib.

Əlaqəli Yazılar Xüsusi