ABŞ Tayvana silah satışını müvəqqəti olaraq dayandırıb.
Army.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri üzrə müvəqqəti nazir vəzifəsini icra edən Hun Tsao Senata bildirib ki, Tayvana nəzərdə tutulan silah tədarükləri İranda davam edən əməliyyatlar üçün resursların saxlanılması məqsədilə müvəqqəti dondurulub.
O qeyd edib ki, tədarüklərin bərpası ABŞ administrasiyasının qərarından asılı olacaq və zəruri hesab edildiyi halda proses yenidən başlayacaq.
