Ev DünyaTehran: Heç bir təzyiq qarşısında təslim olmayacağıq

Tehran: Heç bir təzyiq qarşısında təslim olmayacağıq

by Baş Redaktor
20 Baxış

“İranın xarici danışıqları və beynəlxalq əlaqələri ölkə vətəndaşlarının hüquqlarına tam hörmət prinsipi əsasında qurulur”.

Army.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O qeyd edib ki, İran heç bir halda həddindən artıq təzyiq və qeyri-bərabər tələblər qarşısında geri çəkilməyəcək və milli maraqlarını qorumaqda qətiyyətli mövqe sərgiləyir.

Pezeşkianın sözlərinə görə, ABŞ hərbi sahədə istədiyi nəticələri əldə edə bilmədikdən sonra diqqətini iqtisadi təzyiqlərə yönəldib.

banner

İran prezidenti bu yanaşmanı “iqtisadi müharibə” kimi xarakterizə edib və bunun ölkəyə qarşı siyasi təzyiq vasitəsi olduğunu bildirib.

Əlaqəli Yazılar Xüsusi