İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Livanın cənub və şərq bölgələrində yerləşən ümumilikdə 47 yaşayış məntəqəsinə hava zərbələri endirib.
Army.az xəbər verir ki, bunu “RIA Novosti” Livandakı hərbi mənbəyə istinadla yayıb.
Məlumatda bildirilir ki, hücumların böyük hissəsi — 44 zərbə ölkənin cənub istiqamətinə, digər 3 hücum isə şərqdəki yaşayış məntəqələrinə yönəlib. Mənbənin qiymətləndirməsinə əsasən, bu, atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra qeydə alınan ən genişmiqyaslı hücum dalğası olub.
Qeyd olunur ki, bəzi ərazilər gün ərzində bir neçə dəfə hədəfə alınıb. Zaotar əş-Şarkiya yaşayış məntəqəsinə təxminən on dəfə zərbə endirildiyi, Nabatiyə şəhərinin yeddi dəfə bombardman olunduğu, Bəkaa vadisinin qərbində yerləşən Maşğara qəsəbəsinin isə altı dəfə vurulduğu bildirilir.
