ABŞ yaxın illərdə Ay proqramını yeni mərhələyə keçirməyi və 2032-ci ilə qədər burada daimi fəaliyyət göstərəcək baza yaratmağı planlaşdırır.
Army.az xəbər verir ki, NASA əvvəlcə ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə yenidən astronavtları Aya göndərməyi, daha sonra isə peykin cənub qütbü yaxınlığında uzunmüddətli yaşayış və tədqiqat kompleksi qurmağı hədəfləyir.
Layihənin dəyərinin təxminən 20 milyard dollar olduğu bildirilir. Hazırlıq mərhələsində Ay səthinin öyrənilməsi və gələcək infrastrukturun qurulması üçün çoxsaylı robot missiyaları, pilotsuz aparat və roverlərin göndərilməsi nəzərdə tutulur.
Növbəti mərhələdə isə yaşayış modulları, rabitə sistemləri və enerji təminatı qurulacaq. Enerji mənbələri arasında nüvə texnologiyalarından istifadənin də planlaşdırıldığı qeyd olunur.
NASA hesab edir ki, bu baza yalnız Ay tədqiqatları üçün deyil, gələcəkdə Mars istiqamətində insanlı missiyalar üçün hazırlıq platforması rolunu oynayacaq.
