Rumıniya prezidenti Nikuşor Dan Qalaç şəhərində pilotsuz uçuş aparatının düşməsindən sonra Ali Milli Müdafiə Şurasının iclasını çağırdığını açıqlayıb.
Army.az xəbər verir ki, O, bu barədə “Facebook” səhifəsində paylaşım edib.
“Bu gün saat 11:00-da ölkə ərazisinə təsir edən ən ciddi insidentin nəticələrini müzakirə etmək üçün Ali Milli Müdafiə Şurasının iclasını çağırdım”, – deyə Dan bildirib.
Prezident qeyd edib ki, hadisənin səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma başlanılıb və qalıqların öyrənilməsi üçün texniki ekspertiza təyin edilib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz aparat yaşayış binasının damına çırpılıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb, bina sakinləri təxliyə olunub.Məlumata əsasən, Rumıniya hərbçilərinə hədəfi vurmaq əmri verilsə də, yerdə insan itkisi riski səbəbindən buna əməl edilməyib.
Buxarest artıq Avropa İttifaqı və NATO-nu məlumatlandırıb. Rumıniya həmçinin BMT Təhlükəsizlik Şurasına müraciət edərək pilotsuz aparatlarla mübarizə üçün əlavə vasitələr istəyəcək.
