Ev Dünya“Avropa silahları bizə qarşı işləyir” – Peskov

“Avropa silahları bizə qarşı işləyir” – Peskov

by Baş Redaktor
22 Baxış

Avropa İttifaqı Ukraynaya silah tədarük etdiyi üçün münaqişənin tərəfidir və buna görə də mümkün sülh danışıqlarında vasitəçi ola bilməz.

Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda Avropa Ukraynanın tərəfində münaqişənin iştirakçısıdır. Unutmayaq ki, Avropa silahları birbaşa bizə qarşı istifadə olunur və bunu görməməzlikdən gəlmək mümkün deyil. Ona görə də Avropa bu statusda heç bir halda vasitəçi roluna iddia edə bilməz”, – deyə Peskov vurğulayıb.

Kremlin nümayəndəsi həmçinin avropalıların Rusiya ilə danışmaqdan imtina etməsini “ən böyük axmaqlıq” adlandırıb.Onun sözlərinə görə, dialoq olmadan problemləri həll etmək mümkün deyil.

banner

Əlaqəli Yazılar Xüsusi