31
Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipov Rumıniya Xarici İşlər Nazirliyinə dəvət olunub.
Army.az xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın xarici işlər naziri Oana Tsoy “X” platformasında paylaşıb.
Nazir bildirib ki, Müdafiə Nazirliyinin binasına çırpılan pilotsuz uçuş aparatının Rusiya istehsalı olduğuna dair müəyyən sübutlar mövcuddur. O, həmçinin vurğulayıb ki, ölkənin təhlükəsizliyi Rumıniya üçün əsas prioritet olaraq qalır.