Ev DünyaMoskvanın İrəvana mesajı: Rusiya səfiri təcili geri çağırıldı

Moskvanın İrəvana mesajı: Rusiya səfiri təcili geri çağırıldı

by Baş Redaktor
14 Baxış

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş addımları fonunda qəbul edilib.

Moskvanın fikrincə, bu siyasət Ermənistanla Rusiyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığına mənfi təsir göstərir.

banner

Qeyd olunub ki, səfirin geri çağırılmasının məqsədi yaranmış vəziyyətlə bağlı məsləhətləşmələrin aparılmasıdır.Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Aİİ-dən uzaqlaşmasının mümkün nəticələrinə diqqət çəkib.

Əlaqəli Yazılar Xüsusi