Ev DünyaLukaşenkodan Ermənistana sərt xəbərdarlıq: “Ukraynanın taleyini yaşamayın”

Lukaşenkodan Ermənistana sərt xəbərdarlıq: “Ukraynanın taleyini yaşamayın”

by Baş Redaktor
16 Baxış

“Ermənistan xalqı ehtiyatlı olmalı və “Ukrayna ssenarisini” təkrarlamamalıdır”.

Army.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenkonun sözlərinə görə, İrəvan rəsmilərinin Avropa İttifaqına inteqrasiya və Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı bəyanatları əsasən qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır.

O qeyd edib ki, bəzi çıxışlar artıq Aİİ-nin alçaldılması səviyyəsinə çatıb və ittifaqın digər üzvləri də bundan narazıdır.

banner

“Ermənilər çox diqqətli olmalıdırlar ki, Allah eləməsin, Ukraynada baş verənlər təkrarlanmasın. Ukraynada da hər şey məhz belə başlamışdı. Siz bunu xatırlayırsınız. Yeni müharibədən çıxmış ermənilər bu səbəbdən ağır vəziyyətə düşməməlidirlər”, – deyə Belarus lideri bildirib.

Əlaqəli Yazılar Xüsusi