Ev Dünyaİran rəsmisi: “ABŞ ilə danışıqlara heç vaxt nikbin baxmamışıq”

İran rəsmisi: “ABŞ ilə danışıqlara heç vaxt nikbin baxmamışıq”

by Baş Redaktor
14 Baxış

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədahüseyn Maleki bildirib ki, İran İslam Respublikası nə atəşkəsə, nə də ABŞ ilə aparılan danışıqlara əvvəldən nikbin münasibət göstərməyib.

Army.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Malekinin sözlərinə görə, bunun əsas səbəbi Vaşinqtonun keçmişdəki siyasəti və İranın ABŞ-yə qarşı etimadsızlığıdır.

O qeyd edib ki, ABŞ-ın əvvəlki davranışları və öhdəliklərin pozulması ilə bağlı təcrübə İran rəsmilərinin və cəmiyyətinin yaddaşında qalmaqdadır və bu səbəbdən danışıqlara münasibətdə ehtiyatlı yanaşma davam edir.

banner

Əlaqəli Yazılar Xüsusi