Fransa Britaniya və digər tərəfdaşların dəstəyi ilə Rusiyadan yola çıxan neft tankerini saxlayıb.
Army.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Macron öz “X” hesabında məlumat verib.
Makronun sözlərinə görə, Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında “Tagor” adlı, beynəlxalq sanksiyalara düşən növbəti Rusiya neft tankerini saxlayıb. Əməliyyat açıq dənizdə, bir neçə tərəfdaş ölkənin, o cümlədən Britaniyanın dəstəyi ilə həyata keçirilib.
Fransa lideri bildirib ki, bu addım beynəlxalq dəniz hüququna tam uyğun şəkildə atılıb və sanksiyalardan yayınmağa çalışan gəmilərə qarşı tədbirlər davam etdiriləcək.
Onun sözlərinə görə, belə gəmilər yalnız sanksiyaları pozmur, həm də Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirir və dəniz təhlükəsizliyi ilə ətraf mühit üçün risk yaradır.
