Ev Hərbi Xəbərlər38,9 milyard dollarlıq nəhəng razılaşma gündəmdə: Hindistan Rafale alır

38,9 milyard dollarlıq nəhəng razılaşma gündəmdə: Hindistan Rafale alır

by Baş Redaktor
59 Baxış
Hindistan Fransadan 114 ədəd "Dassault Rafale" qırıcı təyyarəsinin tədarükünü istəyib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Potensial hökumətlərarası müqavilənin dəyəri 3,23 trilyon rupi (təxminən 38,9 milyard dollar) olaraq qiymətləndirilir.

Məlumata görə, sorğu 25–31 may tarixləri arasında Fransa tərəfinə göndərilib. Tərəflərin 2027-ci ildə tədarük şərtlərini razılaşdırması planlaşdırılır.

Agentliyin mənbələri bildirir ki, əvvəlki müqavilələr də nəzərə alınsa, Hindistanın Fransa şirkəti Dassault Aviation-dan almaq istədiyi Rafale təyyarələrinin ümumi sayı 176-ya çata bilər.

Əlaqəli Yazılar Xüsusi