Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ukrayna Prezidentinin Volodimir Zelenski tərəfindən ABŞ Prezidenti Donald Trampa ünvanlanan məktubla bağlı açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, məktubda hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı səsləndirilən fikirlər real nəticə doğurmur və daha çox “plasebo effekti” xarakteri daşıyır.
Rusiya XİN rəsmisi bildirib ki, bu cür bəyanatlar Ukrayna ictimaiyyətinə yönəlmiş simvolik mesaj kimi qiymətləndirilə bilər və vəziyyətə ciddi dəyişiklik gətirmir.
