Rusiya yaxın perspektivdə reaktiv tipli hücum dronlarının ümumi pilotsuz vasitələr içində payını 50 faizə qədər artırmağı planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Syrskyi məlumat verib.
Onun sözlərinə görə, bu tendensiya Ukrayna ordusu üçün yeni və daha mürəkkəb çağırışlar yaradır və hava hücumundan müdafiə sistemlərinin daha da təkmilləşdirilməsini tələb edir.
Sırskiy həmçinin qeyd edib ki, may ayı ərzində Ukraynanın dron-müdafiə şəbəkəsi üçqat hava hücumundan müdafiə sistemində 3,5 mindən çox müxtəlif tipli düşmən pilotsuz aparatını məhv edib.
O bildirib ki, “kiçik hava hücumundan müdafiə” kimi tanınan sistemlərin effektivliyi artmaqdadır. Xüsusilə ikinci eşelon – Pilotsuz Sistemlər Qüvvələri – bu dövrdə 1,2 mindən çox dronun vurulmasını təmin edərək ən yüksək nəticəni göstərib.
Ukrayna hərbi rəhbərliyi hesab edir ki, dron müharibəsində artan intensivlik yaxın aylarda cəbhə xəttində balansı daha da dəyişə bilər.
