Ev Dünya“Bunun pulunu avropalılar verməli idi” – Tramp

“Bunun pulunu avropalılar verməli idi” – Tramp

by Baş Redaktor
24 Baxış

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya verilən Amerika silahlarının dəyərinə görə təxminən 350 milyard dollar ödəməli olduğunu bəyan edib.

Army.az xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus aviabazasında çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, keçmiş prezident Co Bayden administrasiyası Avropa müttəfiqlərindən bu xərclərin qarşılanmasını tələb etməyib:

“Bayden Ukraynaya çox şey verdi. Bunun əvəzini ödəməlidirlər. Əslində bunu avropalılar ödəməli idi, amma onların belə planı yox idi. Heç kim onlardan pul istəməmişdi”.

banner

ABŞ liderinin sözlərinə görə, Ukraynaya göstərilən yardımın maliyyə yükünün əsas hissəsi Avropa ölkələrinin üzərinə düşməli idi.

Əlaqəli Yazılar Xüsusi